Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
XİN rəhbərləri Vyantyanda keçirilən ASEAN Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşüblər.
Danışıqların əvvəlində Lavrov türk həmkarından Laosa gəlişinin vaxtını soruşub. Fidan cümə günü səhər gəldiyini deyib. Öz növbəsində, Lavrov həmkarına bir gün əvvəl gəldiyini və artıq beş ikitərəfli və bir üçtərəfli görüş keçirdiyini bildirib./unikal