Lavrov və MDB ölkələrinin səfirləri təhlükəsizlik problemləri və terrorla mübarizəni müzakirə ediblər
Yanvarın 19-da Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun MDB ölkələrinin səfirləri ilə ənənəvi görüşü baş tutub.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, görüşdə MDB ölkələrinin 2016-cı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edilib, xüsusi diqqət birlik ölkələrinin xarici siyasətin koordinasiyası məsələlərinə ayrılıb.
İştirakçılar MDB məkanında inteqrasiya proseslərinin inkişafı perspektivlərini, Rusiyanın 2017-ci ildə NDB-də sədrliyinin prioritetlərinin reallaşdırılması kontekstində birgə vəzifələri müzakirə ediblər.
Tədbirdə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər, beynəlxalq terrorla mübarizə müzakirə edilib.
Yeniçağ.Az