Rusiya XİN rəhbəri Serqey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in “Facebook”dakı rəsmi səhifəsində deyilir.
Tərəflər telefon danışığı zamanı ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələrini müzakirə ediblər.
Məlumarda deyilir ki, Serqey Lavrov qeyd edib ki, ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələri ekstremistlərin xeyrinədir.
Yeniçağ.Az