Reklam

Reklam

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyadakı vəziyyət və Astanada keçiriləcək Suriya üzrə danışıqları müzakirə ediblər.

“Söhbət zamanı Suriyada və onun ətrafında cərəyan edən proseslərə toxunulub. Nazirlər Astanada keçiriləcəyi nəzərdə tutulan görüş ərəfəsində koordinasiya məsələlərinin önəmini vurğulayıblar. Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar”, məlumat deyilir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."