Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin ofisinə təşkilatın nizamnaməsinin ərazi bütövlüyü və Ukrayna böhranı kontekstində vurğulamaq istədiyi hissəni deyil, millətlərin öz müqəddəratını təyin etməsi də daxil olmaqla nizamnaməni bütövlükdə oxumağı tövsiyə edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Lavrov xatırladıb ki, Qərb BMT Katibliyinin tam dəstəyi ilə BMT Nizamnaməsinin dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə və bir sıra qətnamələrə istinad edərək, 1991-ci il sərhədləri daxilində Ukraynanı bərpa etməyi tələb edir: “Görünür, hər şey üst-üstə düşür: həm Nizamnamədə belə bir müddəa var, həm də Baş Assambleyanın qətnaməsi var. Xalqların öz müqəddəratını təyin etməsinə nail olması yaxın tarixin ən böyük prosesinin – müstəmləkəsizləşdirmə prosesinin əsasını qoydu’, – Lavrov “Gələcəyin yaradılması” beynəlxalq elmi-fantastik simpoziumda çıxış edərkən deyib.