Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lavrovdan Qarabağ açıqlaması

Reklam: High Technic

Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri Fransa və ABŞ ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısında duran məsələləri reallaşdırmaq üçün işləyir.

Yenicag.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S.Lavrov bildirib ki, həmin qətnamələr döyüş əməliyyatları gedərkən qəbul edilib:

“Bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib. Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq”./Trend/

Loading...

www.yenicag.az

1349
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100