“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizmlanması ilə bağlı hər hansı bir yeni sənəd irəli sürməyib”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə “Lavrovun sənədi” və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil:
“Qarabağın həlli ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları beş və ya altı sənədlər mövcuddur. Bunu da ATƏT-in Minsk qrupunun həmsədrləri sülh nizamlanmasının bir neçə mərhələsində hazırlayıblar. Yəni münaqişənin ilkin dövründə hazırlanan bu sənədlər probelmin nizamlanmasına yönəldiləcəkdi. Daha sonra bu sənədlər əsasında özündə siyasi xarakter yükü daşıyan hüquqi sənəd kimi sülh sazişi hazırlanacaqdı. Bu sənədlərin müxtəlif versiyaları ATƏT sədrinə də təqdim edilib. Bu yeganə kağızlardır hansı ki onları sənəd adlandırmaq olar. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir”.
Lavrovun fikrincə, uzun müddətdən sonra münaqişə tərəfləri yenidən problemin həlli üçün danışıqlara başlayıblar.
“Azərbaycanlı və erməni həmkarımla görüşüm baş tutdu. Tərəfimizdən ATƏT-in Amerika və Fransadan olan həmsədrləri ilə mütəmadi müzakirlələr aparılır. Bu münaqişədə “hər şey və heç nə” prinsipi vacib olduğuna görə, mediatorlar və tərəflər onun tənzimlənməsi yollarının axtarışı üzərində işi davam etdirilər. Biz birlikdə yeni ideyalar axtarırıq və tərəflərlə bu məsələ üzrə “beyin hücumu” aparırıq. Heç bir sənəd Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarının həllini təşkil etmir və Rusiya tərəflərə sülh həll yolunu tapmağa kömək etmək üçün səylər göstərir”.