Lavrovla Çavuşoğlu görüşdü – Nələr müzakirə edildi?

Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Moskvada görüşüb.

Yenicag.az xəbər verir ki, tərəflər bir sıra sahələr üzrə əməkdaşlıq məsələsini, xüsusilə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Tehran görüşünə hazırlığı müzakirə ediblər.

Qeyd edək ki, sentyabrın sonunadək Tehranda Rusiya, İran və Türkiyə dövlət başçılarının görüşü planlaşdırılır. Görüş zamanı tərəflər Suriya məsələsinin həllini müzakirə edəcəklər./Report/

 

COP29