Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri avqustun 3-də Dohada görüşəcəklər.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzusu Suriyadakı münaqişənin nizamlanması olacaq.
Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.
O əlavə edib ki, danışıqlarda Səudiyyə Ərəbistanının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri görüşlərdə İranın addımları və Suriyadakı vəziyyətin əsas müzakirə mövzusu olacağını bildirib.