Lavrovla Pompeo görüşəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə yaxın günlərdə görüşəcək.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi təsdiqləyib.

Məlumatlara görə, görüş Sinqapurda, ASEAN ölkələrinin XİN nümayəndələri arasında keçiriləcək görüş çərçivəsində baş tutacaq.