Lavrovun Avropa İttifaqı ölkəsinə səfəri planlaşdırılır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ilin dekabrında Maltaya işgüzar səfər etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya XİN rəhbəri Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edəcək.

Lavrov sonuncu dəfə 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən iclasında iştirak edərkən Aİ-də olub./unikal

COP29