Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lavrovun “ermənilərə təpinmək” BLEFİ: “Rusiya Qarabağ münaqişəsinin qəti həllinin tərəfdarıdırsa…” – ŞƏRH 

Reklam: High Technic

“Rusiya bu çərçivədə öz missiyasını həyata keçirmək əvəzinə, Qarabağda parad hazırlığı ilə məşğuldur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi bəzi fikirlərin Ermənistanda ciddi narahatlıq doğurduğu bildirilir. Nazirin 10 noyabr bəyanatında təsbit edilmiş məsələlərin həyata keçirilməsini siyasiləşdirməyin yolverilməz olduğu haqda dediklərinin erməniləri daha çox rahatsız etdiyi vurğulanır:

“Əvvəl siyasi müzakirələrlə məşğul olub bu prosesi sonraya saxlamaq istəyənlər, fikrimcə, bu prosesi baş-ayaq çevirir. Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından – necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar – sonra həll etmək olar”.

Siyasi şərhçi Əlabbas Məhərrəmov Rusiya xarici işlər nazirinin İrəvanda səsləndirdiyi məlum fikirləri və ermənilərin bundan narahatlığını Yenicag.az-a dəyərləndirib.

Əlabbas Məhərrəmovun fikrincə, Lavrovun İrəvana səsləndirdiyi bu fikirlərin arxasında Ermənistanın mövcud hakimiyyətinə təzyiq elementləri var:

“Əslində, Rusiya Qarabağ münaqişəsinin qəti həllinin tətərfdarıdırsa, o zaman ilk növbədə 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin dəqiqliklə yerinə yetirilməsinə cəhd göstərməlidir.

Bildiyiniz kimi, həmin bəyanatın imzalanmasından təqribən yarım il keçsə də, orada təsbit edilmiş məsələlər hələ də həll edilməyib. Onların sırasında, xüsusilə, erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması və azərbaycanlı məcburi köçkünlərin yurdlarına qayıdışının təmin edilməməsi qeyd oluna bilər. Rusiya bu çərçivədə öz missiyasını həyata keçirmək əvəzinə, Qarabağda parad hazrlığı ilə məşğuldur.

Ona görə də, Lavrovun “Qarabağda siyasi prosesləri siyasiləşdirməmək” haqqında səsləndirdiyi və ermənilərin ilk baxışda narahat olduqları o bəyanatın məqsədli xarakter daşıdığını düşünə bilərik.

Böyük ehtimal ki, Lavrov bu bəyanatla Ermənistanda gələn ay keçiriləcək seçkilər ərəfəsində bu ölkənin hakimiyyətinə hansısa məsələrlə bağlı təzyiq göstərir. Hər halda, Rusiya xarici işlər nazirinin həmin bəyanatı haqda yaranan təəssürat bundan ibarətdir.

Ermənilərin həmin fikirlərdən narahatlığına gəldikdə isə burada yeni heç nə yoxdur. Tipik erməni davranışıdır”.

Aqil Bəkir

www.yenicag.az

504
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100