!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirilib

!Reklam – Yazi

c699e22b-3c2e-41f1-89e9-375353792cd2Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəmkirdə ölkənin qərb bölgəsində fəaliyyət göstərən 25 – dən artıq QHT-nin iştirakı ilə “Layihə təkliflərinin hazırlanması” layihəsi çərçivəsində tədbir keçirilib.

Təlimçi Fuad Bədəlov layihə təklifinin hazırlanması, problemin düzgün qoyuluşu, görüləcək işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. F.Bədəlov donora təqdim edilən layihədə problem, məqsəd, görüləcək işlər və əldə olunacaq nəticələrin konkret şəkildə əksini tapmalı olduğunu qeyd edib.

Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov müsabiqə şərtləri, prioritet sayılan istiqamətlər və layihələrin icrasında rast gəlinən çatışmazlıqlar haqqında məlumat verib: “Şuraya təqdim olunan layihələrin bir çoxu təlim və seminarların keçirilməsini nəzərdə tutur. Araşdırmalar göstərir ki, bu tip layihələr səmərəliliyi ilə seçilmirlər”. Şura Katibliyinin əməkdaşı QHT-lərə konkret nəticəsi olan layihələrə üstünlük vermələrini tövsiyə edib. O, rayonlarda infrastruktur xarakterli layihələrin nəticəsinin daha uzunmüddətli və effektiv olduğunu vurğulayıb.

Toplantıya qatılan QHT rəhbərləri çıxış edərək təkliflərini səsləndiriblər.

Tədbirin diskussiya formasında keçirilməsi QHT rəhbərlərinin suallarının birbaşa və yerindəcə cavablandırılmasına imkan verib. Sonda iştirakçılar 3 qrupa bölünərək layihə hazırlayıb və onu müzakirə ediblər.

Mətbuat xidməti

www.yenicag.az

1235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv