Laza sakinləri yolu bağladılar: Kəndə heç kəsi buraxmadılar – VİDEO

Qəbələ rayonunun Laza kənd sakinləri ötən gün kəndə giriş yolunu bağlayıblar.

Yenicag.az xəbər verir ki, sakinlərin bu addımı atmasına səbəb yerli və xarici turistlərin kəndə artan marağının gündəlik yaşayış tərzinə mane olmasıdır.

Belə ki, gün ərzində kəndi ziyarət edən turistlər sıxlıq yaradır, avtomobillər isə yolları keçilməz edir. Sakinlər də buna etiraz olaraq kəndə maşınların buraxılmasının qarşısının alınması tələbilə yolu bağlayıblar. Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb edilib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.