LDU-da müəllimin tələbə qızlara seks təklif etməsilə bağlı araşdırma BAŞLADILDI

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Yenicag.az-a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: “Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı”.

Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.