“Le Figaro”: “Fransızların 60 faizindən çoxu Makronun istefasını dəstəkləyir”

Fransalıların 60%-dən çoxu Prezident Emmanuel Makronun istefasının lehinədir.

Yenicag.az xəbər verir ki, bunu “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını dəstəkləyir.

Nəşrin qeyd etdiyi kimi, 2024-cü ilin sentyabrından bu rəqəm 7 faiz bəndi artıb. Respondentlərin 38%-i istefanın əleyhinə çıxıb, tədqiqat iştirakçılarının daha 1%-i cavab verməkdə çətinlik çəkib.

Sorğu yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib.