!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ledi Qaqa Istanbulda soyunub

!Reklam – Yazi

64233 (1)Dünya şöhrətli müğənni Ledi Qaqa İstanbulda konsert proqramı ilə çıxış edib.

Sənətindən daha çox əcaib hərəkətləri ilə yadda qalan məşhur müğənni Ledi Qaqa 16 sentyabr tarixində Türkiyədə ilk konsertini verib.

Konsert proqramı İstanbul Texniki Universiteti (İTU) stadionunda baş tutub. Qaqa pərəstişkarları bir neçə saat əvvəlcədən konsertin veriləcəyi məkana yığışaraq qapıda izdiham yaradıblar. Əvvəlcədən görülən tədbirlər nəticəsində bu izdihamlarda heç bir xəsarət alma hadisəsi baş verməyib.

Müğənni konsertinə türkcə sözlərlə başlayıb. O, “İstanbul, sizi sevirəm” dedikdən sona sevilən mahnıları ilə gecəyə start verib. “Bad Romance” mahnısını ifa edərkən isə Qaqa səhnədə soyunmağa başlayıb və yarıçılpaq vəziyyətdə qalan müğənniyə köməkçiləri yeni səhnə qiyafəti geyinməkdə köməklik ediblər.

Ekstravaqant müğənninin konserti gözlənildiyi kimi uğurlu keçib və o, izləyicilərini coşdurmağı bacarıb.

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv