Livanda atəşkəs qlobal kollektiv təhlükəsizlik üçün zəruridir.
Yenicag.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.
O qeyd edib ki, Livanda qaçılmaz vətəndaş müharibəsi təhlükəsi var:
“Hazırda mövqeyimiz Livanda çox sayda köçkün və bunun fonunda alovlanan məzhəb münaqişələri səbəbindən qaçılmaz vətəndaş müharibəsi qorxusuna əsaslanır. Bundan əlavə, Hizbullahın zəifləməsi vəziyyətə güclü təsir göstərir. Bu, yaxşı xəbərdir, lakin buna baxmayaraq, Livan indi ən qeyri-sabit vəziyyətdədir və tamamilə çökə bilər”.