!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lələtəpə və Talış yüksəkliklərini işğaldan azad edəndə, Azərbaycana kim nə deyə bildi?” – İlham İsmayıl

!Reklam – Yazi

“BMT Təhlükəsizlik Şurasının atəşkəs çağırışı formal xarakter daşıyan bir məsələdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının dünyada 90 gün müddətində atəşkəsin təmin olunmasına dair çağırışına münasibət bildirən sabiq təhlükəsizilk zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, dünyada sabitliyin bərpasında maraqlı olan BMT-nin bu çağırışı tövsiyə xarakterlidir:

“BMT Təhlükəsizlik Şurasının bu çağırışna Haftar, yoxsa hansısa terror təşkilatı əməl edəcək? Bu çağırışın təmin olunması ilk növbədə işğalçı Ermənistana sərf edir.

Ermənistan bildirəcək ki, BMT atəşkəs elan edibsə, bunu gözləmək lazımdır. Əgər işğalçı ölkə BMT-nin qərarlarına belə hörmətlə yanaşan dövlətdirsə, o zaman Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirsin.

Onsiz da, sabah Qarabağ cəbhəsində atəşkəs pozulsa, BMT uzaqbaşı bir bəyanat verəcək. Əgər Azərbaycan Xankəndini işğalçılardan təmizləsə, BMT nə edəcək? Lələtəpə və Talış yüksəkliklərini işğaldan azad edəndə, Azərbaycana kim nə deyə bildi? Bu çağırış pandemiya ilə əlaqədar standart addımdır”.

Son günlər cəbhə bölgəsindən yayılan şayiələr və müharibənin yenidən başlaması ehtimallarının artması ehtimalına gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Nə vaxtsa daxili gərginlik yarananda, müharibə məsələsi ortaya atılır və bu, diqqəti yayındırmaq məqsədi daşıyır. 2016-cı ilin aprel döyüşləri də bu formada başlamışdı. Hazırda insanlar elə düşünürlər ki, yenə nəsə ola bilər.

Hətta bu düşüncə üçün zəmin də yaradırlar. Daxili gərginlikdən irəli gələn xüsusi şayiələr yayılır. Onun mənbəyi Bakıdır, belə informasiyaları qəsdən ötürürlər.

İndiki vəziyyətdə yalnız diqqəti yayındırmaq üçün atılacaq addımlar bəzən düşmənin xeyirinə ola bilir. Ona görə də, çox istərdim ki, konkret, fundemiantal əməliyyat hazırlansın və həyata keçirilsin. Aydın görünür ki, sülh planı olmayacaq.

Sonuncu videokonfransada da Azərbaycanın xarici işlər nazirinin erməni tərəfinin “bu məsələnin hərbi yolu yoxdur” deməsinə cavab verməməsi hər şeydən xəbər verir. Elmar Məmmədyarov qarşı tərəfdən niyə soruşmadıb ki, siz Qarabağı gül-çiçəklə işğal edibsiz? Elmar Məmmədyarov daha 14 il bu siyasəti aparacaqsa, biz Qarabağdan bir metr də torpaq görməyəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

1388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv