Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.
Yenicag.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.
Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.
Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər./qafqazinfo
Fotoda Mikayıl Cəfərzadə