Lənkəran sakini bibisini bıçaqlayıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədova Nəzakət Əlixan qızı qardaşı oğlu Kamran Məmmədov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir .

Fakt bağlı araşdırma aparılır.

Yeniçağ.az