​Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncamla Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.