Lənkəran və Astaradakı meşə yanğınları söndürüldü

Lənkəran və Astara rayonları ərazisində gecə saat 03:00 radələrində başlayan yanğın söndürülüb.

Yenicag.az xəbər verir ki, ərazi yüksək dağ massivində, çətin relyefdə yerləşməsi və havanın küləkli olması səbəbindən yanğının qarşısı səhər saatlarında alınıb.

Səhər saatlarında yağış yağması və küləyin azalması yanğının söndürülməsinə əlverişli zəmin yaradıb.

Yanğının Hirkan Milli Parkının ərazisinə keçməsinin də qarşısı alınıb. Hazırda ərazi nəzarət götürülüb.