Lənkərançay çayında 1 nəfər batdı – YENİLƏNDİ

Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

Yenicag.az xəbər verir ki, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd edilir ki, FHN-in “112” qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

COP29