Lənkəranda 104 yaşlı seçici seçkilərdə iştirak edib.
Yenicag.az xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini, 104 yaşlı Qızvəs Səmid qızı Mehtiyeva 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, 104 yaşlı Qızvəs Mehtiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var.