Lənkəranda 35 yaşlı qadın itkin düşdü

Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.

Yenicag.az-ın xəbərinə görə, hadisə yanvarın 18-də rayonun Xarxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1985-cü il təvəllüdlü Gümayə Məmmədova yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır./Report/