Lənkəranda 4 otaqlı ev yandı

Lənkəranda 4 otaqlı ev yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.