Lənkəranda ev yanıb.
Yenicag.az xəbər verir ki, yanğın axşam saatlarında rayonun Velədi kəndində qeydə alınıb.
Kənd sakini Gülməmməd Cəlil oğlu Hüseynova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı ev tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğın baş verən zaman evdə heç kim olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.