Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Lənkəranda 6 günlük körpəni öldürərək su quyusuna atdılar

Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb.

Yenicag.Az APA-ya istinadən xəbər verir ki, hadisə Darquba kəndində qeydə alınıb.

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qayınana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.

Yenicag.Az

www.yenicag.az

635
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM