Lənkəranda 8 otaqlı ev yandı

Lənkəran şəhərində 8 otaqlı ev yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhərinin Daştatük kəndində ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 m² sahədən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.