Lənkəranda ağır yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəzada ölən və yaralananların kimliyi də məlum olub. Ölən Lənkəran rayonu Avrora kənd sakini, “VAZ 2106”-nın sürücüsü Əliyev Qalib Fəraməz oğludur.
Yaralılar sürücünün qızı Əliyeva Rumiyyə və “Mercedes” markalı avtomobilin sürücüsü, Avrora kənd sakini, Rzayev Zaur Kamal oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.