13898325_17996Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

Yol qəzası zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Lənkəran sakini, 1986-cı il təvəllüdlü Famil Balarəhim oğlu İbadov və onun sərnişini Lerik rayonunun Bobogil kənd sakini Rasif Arif oğlu Bəndiyev hadisə yerində ölüblər.

“İVECO” markalı yük maşınının sürücüsü Lənkəran rayon sakini 1982-ci il təvəllüdlü Seymur Nizami oğlu Dadaşov hadisə zamanı yüngül xəsarət alıb.

***
10:52

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt -Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı 90-RC-124 dövlət qeydiyyat nömrə nişanlı minik avtomaşını ilə “İveco” markalı (iveko traget), H 013-406 nömrə nişanlı yük maşını toqquşub.

Nəticədə, iki nəfər hadisə yerində dünyasının dəyişib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri deformasiyaya uğramış avtomobilin içərisindən meyitlərin birini çıxarıb, digər meyitin çıxarılması üzrə iş davam etdirilir.(report)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."