Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat ximətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 27-də saat 3 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini Q.Talıbov idarə etdiyi “Pejo” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Lənkəran Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.