Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.
Yeniçağ.Az Report.az-a istinadən bildirir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.
Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.
Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.
Yeniçağ.Az