Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29