Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərmətük kənd sakini 1976-cı il təvəllüdlü Vəliyev Anar İdris oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az