Lənkəranda avtomobil təmiri sexi və iki maşın yandı

Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 350 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələri satışı mağazası və çayxana) avtomobil təmiri sexinin lambirindən ibarət tavanı 70 m² sahədə, içərisində təmirə dayanan “VAZ” və “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.