Lənkəranda axund yol qəzasında ÖLDÜ

Lənkəranda yol-nəqliyyat hadisəsində xəsarət alan axund ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Yük motoskileti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada – 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Ə.Hüseynov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur./Apa/