!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı dördə çatıb

!Reklam – Yazi

51eb89ab9d88942b9e4d15640c972ad9Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb. APA-nın cənub bürosunun məlumatına görə, martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi “VAZ-21099” markalı, 10-EG-472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan üçü – Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş 25 yaşlı Səbuhi Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi – 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerindən yayınıblar. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbilər görülür.

Faktla bağlı araşdırma aparılır.(APA)

 

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv