Lənkəranda BƏDBƏXT HADİSƏ – Yeniyetmə su kanalında batdı – YENİLƏNDİ

Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

***

19:05

Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.