Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkar edilib

Lənkəranda tank əleyhinə mina aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya bildirilib ki, iyulun 8-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və 14:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran şəhərində dəniz kənarında minanın aşkarlanması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Lənkəran şəhərində yerləşən 10 saylı yanalma məntəqəsinin ərazisində dəniz sahilinə baxış keçirilib, 1 ədəd (TM-62M) tank əleyhinə mina aşkarlanıb, daşınması mümkün olduğu üçün zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 1 800 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yenicag.az

COP29