Lənkəranda doğuş zamanı uşaq öldü

Lənkəranda doğuş zamanı uşaq ölüb.

Yenicag.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Masallının Həsənli kənd sakini 1997-ci il təvəllüdlü Kəmalə Vəlişova Lənkəran RMX-da qeysəriyyə yolu ilə əməliyyat olunan zaman körpə ölüb. Ölümün səbəbləri məlum deyil.

Fakt araşdırılır.

Yenicag.az