!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda evdə partlayış: Xəsarət alan var

!Reklam – Yazi

Lənkəranda fərdi yaşayış evində partlayış olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv