Lənkəranda evdən külli miqdarda narkotik tapıldı

Lənkəran sakini narkotik maddə ilə tutulub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş H.Rzayev saxlanılıb.

Şəxsi axtarış zamanı 150 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.