!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda evə basqın nəticəsində yaralanan həkim ölüb

!Reklam – Yazi

Lənkəranda Xolmili kəndində evinə basqın zamanı ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi dünyasını dəyişib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu evində naməlum şəxs və ya şəxslərin basqınına məruz qalıb, küt alətlə başına zərbələr endirilib.

Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, V. Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V. Səfərov bu gün dünyasını dəyişib və cənazəsi yaşadığı kəndə gətirilib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Yeniçağ.Az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv