Lənkəranda faciə – 20 yaşlı oğlan bacısı ilə çayda çimdi, öldü

Lənkəran rayonunda gənc oğlan suda boğulub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib. Rayonun Bəlləbur kənd sakini 2000-ci il təvəllüdlü Əliyev Elgün Asəf oğlu bacısı Gülcahan Əliyeva və yeznəsi Elvin Cəfərovla birlikdə Yuxarı Nüvədi kəndi ərazisində dərinliyi 7 metr olan çaya çimməyə gedib.

E.Əliyev üzə bilmədiyi üçün çayın dərin yerində boğulub ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29