Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub və digər avtomobilə çırpılıb.
Yenicag.az-ın APA-ya istiandən cənub verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.