Lənkəranda güclü zəlzələ oldu

Lənkəranda zəlzələ olub.

Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Belə ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkaran rayonunda maqnitudası 3.6, dərinliyi 12 km olan zəlzələ qeydə alınıb.

Zəlzələlərin tədqiqatı bürosunun ilkin məlumatına əsasən, zəlzələ 3 bala qədər hiss olunub.