Lənkəranda ustalar hündürlükdən yıxılıb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib. Ustalar, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov qurduqları “ayaqaltıdan” yıxılıblar.
Ağır xəsarət alan ustalar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlər koma vəziyyətində olan R.Zülfüqarovun həyatını xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən ölüb. Digər yaralı İ.Səfərova ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Azertag/