!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda iki avtomobil toqquşdu-Fotolar

!Reklam – Yazi

510dd5d3499e6635f28a265b5689aa37Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə Lənkəran-Boradigah yolunda, Şağlaser kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 812 dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Separadi kənd sakini, 1958-ci il təvəllüdlü Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, 90 BO 847 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən F. Məmmədovun yanında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şəfayət Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə gələn yol polisinin əməkdaşları ərazidə avtoekspertiza işlərini həyata keçiriblər(APA)

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv